Tez-tez verilən suallar
#1“AI Academy” nədir?
“AI Academy” – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Azərbaycan Süni İntellekt Laboratoriyası tərəfindən təsis edilmiş tədris mərkəzidir.
#2“AI Academy” harada yerləşir?
Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 57
#3Tədris ödənişlidirmi?
Xeyr, dərslər tam təqaüdlü olaraq tədris edilir.
#4“AI Academy”-də hansı tədris sahələri mövcuddur?
Akademiyamızda "Süni intellekt üçün riyaziyyat", "Süni intellekt mühəndisliyi", "Menecerlər üçün süni intellekt" dərsləri tədris olunur.
#5İxtisasım tam fərqli sahədir, dərslərdə iştirak edə bilərəmmi?
Əlbəttə, tədris mərkəzimizdə ixtisasından və hazırkı peşəsindən asılı olmayaraq süni intellekt sahəsinə marağı olan hər kəs iştirak edə bilər.
#6Tədrisin sonunda sertifikat verilirmi?
Bəli, akademiyamızın hər bir proqramını bitirən məzunlar beynəlxalq dərəcəli sertifikatla təmin olunacaqlar.
#7Dərslər hansı formada tədris olunur?
Dərslər hibrid dərs qrafiki əsasında tədris olunur.
#8Dərslər hansı dildə keçirilir?
Dərslər azərbaycan və ingilis dillərində tədris olunur.
Qeydiyyat tezliklə aktivləşəcək
Xəbərdar olmaq üçün abunə olun.
Bizimlə indi əlaqə saxla!
+994 50 555 07 82Əlaqə nömrəsi
[email protected]Elektron poçt
Üzeyir Hacıbəyli 57Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 57